26 aprel 2024 16:35
254

Körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı prokurorluqda araşdırma aparılır

Sabunçu rayonu, Ramana qəsəbəsində 4 aylıq körpə anasının qucağında olarkən mənzilin eyvanından yerə düşərək ölüb.

“İki sahil” xəbər verir ki, aprelin 26-da saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağınanasının qucağından yıxılıb yerə düşərək ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.