Polşa və Avstraliya təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi üzərində işləyəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Varşavada avstraliyalı həmkarı Riçard Marlz ilə danışıqlardan sonra bildirib.
“Biz Avstraliya ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq sazişi imzalamaq, daha doğrusu, əvvəlcə onu işləyib hazırlamaq vəzifəsini öz üzərimizə götürdük” – deyə, Polşa Müdafiə İdarəsinin rəhbəri mətbuat konfransında deyib.
O əlavə edib ki, ölkələr hərbi-sənaye kompleksi müəssisələri arasında qarşılıqlı əlaqələri inkişaf etdirməyə çalışacaqlar. V.Kosinyak-Kamış Polşanın bu yaxınlarda ABŞ-dan aldığı F-35 təyyarələrini istismar etmək üçün Avstraliya pilotlarının təcrübəsinə ehtiyac yaranacağını vurğulayıb.