12 noyabr 2018 18:05
2217

Aramsız yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib

Bir neçə gündür İranda yağan aramsız yağışlar bəzi şəhərlərdə fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, Əhvaz şəhərinə yağışın normadan artıq yağması bir sıra fəsadların meydana gəlməsinə səbəb olub. Şəhərin küçə və prospektlərini su basıb, avtomobillərin və insanların hərəkətlərində çətinliklər yaranıb. Yağış suları şəhərdəki evlərə və iş yerlərinə də ziyan vurub.

İranın müvafiq strukturları şəhərə dəyən ziyanın hesablanması və aradan qaldırılması işlərinə başlayıblar.