19 aprel 2024 13:31
143

Fransa hərbi təlimatçılarının Ukraynada olmasına dair sübutlar var - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskvada Fransa hərbi təlimatçılarının Ukraynada işləməsi barədə məlumat var.

“İki sahil” xəbər verir ki, rusiyalı nazir bunu Rusiyanın “Sputnik”, “Moskva danışır” və “Komsomolskaya Pravda” radiostansiyalarına müsahibəsində deyib.

"Məlumat var ki, fransızlar təkcə muzdlular deyil, həm də Avropa ölkələrinin hərbi və xüsusi xidmət orqanlarının bəzi digər nümayəndələri ilə birlikdə təlimatçı kimi Ukraynada işləyirlər. ", - Lavrov vurğulayıb.

Bundan əvvəl məlum olub ki, Rusiya Silahlı Qüvvələri Slavyanskda Fransadan gələn muzdluların yerləşdiyi yerə zərbələr endirib.