25 aprel 2024 12:05
180

Macarıstan şirkəti Azərbaycana investisiyalarının artırılmasına hazırdır

Macarıstanın “MOL” neft-qaz şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları indiyədək 2 milyard ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu “MOL Azerbaijan”ın icraçı direktoru Attila Somfai Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.

“Azərbaycanın enerji sektoruna sərmayələrimiz 2 milyard ABŞ dolları təşkil edib. Bununla belə, biz investisiyaların həcminin və uzunmüddətli əməkdaşlığımızın genişiləndirməsinə ümid edirik”, - o bildirib.