25 aprel 2024 12:11
183

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.

“İki sahil” xəbər verir ki, Milli Məclisdə keçirilən toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Macarıstan və Qırğızıstan nümayəndə heyətləri iştirak edirlər.

İclasın gündəliyinə Xarici əlaqələr komitələrinin işinin əlaqələndirilməsi, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin dərinləşdirilməsi, eləcə də digər mövzular daxildir.

Əvvəlcə Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edib.

Ardınca Türk Dövlətlərinin Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin çıxışları, eləcə də Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erinin çıxışı planlaşdırılır.