25 aprel 2024 16:49
237

İstirahət günlərinin sayı ARTIRILACAQ

İranda həftəsonu istirahət günlərinə cümə axşamı və ya şənbə günlərinin əlavə edilməsi müzakirə edilir.

“İki sahil” bu barədə "Anadolu"ya istinadla xəbər verir. 

İran Parlamentinin Sosial Məsələlər Komitəsi bu yaxınlarda həftəlik tətilin 2 gün artırılmasını, cümə axşamının və cümə günün istirahət günü elan edilməsi haqqında qanun layihəsi təqdim edib.

Ölkədə hazırda cümə günü tam gün, cümə axşamı isə yarım gün istirahət günüdür.

Bəzi mühafizəkarlar cümə axşamını mədəni və dini bayramlar üçün daha uyğun görsələr də, xüsusilə iş adamları beynəlxalq ticarətə inteqrasiyanı təmin etmək üçün şənbə gününün qeyri-iş günü olmasını istəyirlər.