27 aprel 2024 16:22
244

Hakan Fidan Səudiyyə Ərəbistanına səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan 28-29 aprel tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Fidan Ər-Riyadda Qəzza üzrə Təmas Qrupunun toplantısında iştirak edəcək.

Toplantıda həmçinin, Fələstin dövlətinin tanınması məsələsi də müzakirə olunacaq.

Hakan Fidanın səfər çərçivəsində müxtəlif ikitərəfli görüşlər keçirəcəyini bildirilib.