24 aprel 2024 12:35
186

Şri-Lanka BRICS+-a qoşulmağı planlaşdırır- Səfir

Şri-Lanka yaxın gələcəkdə BRICS+-a üzv olmaq niyyətindədir, bu barədə ölkənin Rusiya Federasiyasındakı səfiri Canita Liyanage bildirib.

“İki sahil” bu barədə TASS-a istinadən xəbər verir. 

Səfirin sözlərinə görə, bu, addım Şri-Lankaya nəqliyyat və ərzaq təhlükəsizliyini təmin etməyə kömək edəcək.

Deyə bilərəm ki, Şri-Lanka nümayəndə heyəti hazırda Təhlükəsizlik Şurasının forumunda - təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək nümayəndələrin görüşündə iştirak edir. Həqiqətən də, yaxın gələcəkdə BRİKS+-a qoşulmaq istəyi var, bu, həm nəqliyyat, həm də ərzaq təhlükəsizliyini təmin etmək imkanı verəcək”, deyə səfir qeyd edib.

BRİKS+-a Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika daxildir. 2023-cü ilin avqustunda keçirilən sammitdə BRİKS ölkələrinin liderləri 2024-cü ilin yanvarından təşkilata qoşulacaq dövlətlərin siyahısını razılaşdırıblar. Siyahıya Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ daxildir. Argentina prezident Xavyer Mayli hakimiyyətə gəldikdən sonra təşkilata üzv olmaqdan imtina etdi.