24 aprel 2024 13:45
212

Saharadan gələn toz Ukraynaya çatır

Saharadan gələn toz Ukrayna ərazisinə çatıb, buna görə də bəzi ərazilərdə buludlar sarımtıl rəngdə, yağış damcıları isə “çirkli” ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "RBK-Ukraina" Ukrayna Hidrometeorologiya Mərkəzinin Facebook səhifəsinə istinadən məlumat yayıb.
Peykdən çəkilmiş görüntüyə görə, toz Ukraynanın cənub və mərkəzi rayonları üzərində müşahidə oluna bilər və şimala doğru yayılması ehtimal edilir.